“Napoli” – Qattuzo: anlaşmanın detalları bilindi

Karlo Ançelotti ilə yollarını ayıran “Napoli” bu gün yeni baş məşqçisinin adını açıqlayacaq.

Komanda.az xəbər verir ki, Neapol təmsilçisi bu posta Cennaro Qattuzonu gətirəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. İtaliyalı mütəxəssislə 1,5+1 şərti ilə müqavilə imzalanacaq. Qattuzo “Napoli” ilə bu mövsümün sonuna qədər 1,5 milyon, növbəti il isə 3 milyon avro qazanacaq.

“Napoli” hazırda A Seriyasında 7-ci sıradadır.