“Napoli”dən ispana yeni müqavilə təklifi – illik 3,2 milyon avro

İtaliyanın “Napoli” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol klubu Fabian Ruislə yeni müqavilə imzalamağa hazırlaşır. Yeni müqavilə ilə 23 yaşlı futbolçunun məvacibinin 2 milyon avrodan 3,2 milyon avroya qaldırılacağı bildirilir. Yeni müqavilənin 2024-cü ilədək nəzərdə tutulacağı gözlənilir.

Bundan başqa, klub rəhbərliyi futbolçunun transfer qiymətini də müzakirə edir. Yeni müqaviləyə görə, Ruisin transfer qiyməti 120 milyon avro olaraq müəyyənləşdiriləcək.

2018-ci ildə “Betis”dən transfer olunan ispan futbolçu, cari mövsümdə iştirak etdiyi 8 oyunda 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button