
“Napoli” – “Qarabağ” matçının ən yaxşı futbolçusu bilindi
UEFA Çempionlar Liqasının 5-ci turunda keçirilmiş “Napoli” – “Qarabağ” oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Neapol təmsilçisinin heyətində Skott Maktominey bu ada layiq görülüb.
O, komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub. Maktominey 66-cı dəqiqədə “Napoli”nin ilk qolunu vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



