“Napoli” keçmiş futbolçusunu geri qaytarmaq istəyir

“Bayern”in müdafiəçisi Kim Min Jae karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” cənubi koreyalı futbolçunu geri qaytarmaq istəyir.

Neapol klubu keçən yay “Bayern”ə satdığı futbolçunu icarəyə götürmək niyyətindədir. Almaniya nəhənginin rəhbərliyi Jaenin transferi üçün 50 milyon avro ödəyib.

27 yaşlı müdafiəçi Bundesliqanın cari mövsümündə 21 oyun keçirib, 1 qol vurub. Onunla Münhen klubu arasında müqavilənin müddəti 2028-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button