“Napoli”də gərginlik – Ançelotti konfransa gəlmədi

“Napoli” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Zalsburq”la qollu bərabərə qalıb.

Komanda.az xəbər verir ki, Neapol təmsilçisinin baş məşqçisi Karlo Ançelotti 1:1 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransına gəlməyib. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “Napoli”nin futbolçularından yalnız Lorenso İnsinyenin televiziyaya müsahibə verdiyi bildirilib.

Ançelotti və digər futbolçuların bu hərəkətləri “Napoli”nin prezidenti Aurelio de Laurentislə gərginliyə səbəb ola bilər.

E qrupunda “Liverpul”, “Genk” və “Zalsburq”la mübarizə aparan “Napoli” 8 xalla 2-ci pillədədir.