“Real”ın futbolçusu tərəddüd içindədir

“Real”ın müdafiəçisi Naço Fernandes hələ də Madrid klubu ilə müqaviləsini yeniləməli olub-olmamasını düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu gələn mövsümdə oyun praktikasında problem yaşaya biləcəyini düşünür.

Növbəti mövsümə qədər Madrid klubunun müdafiəçisi Eder Militao formada olacaq və David Alabanın zədəsi isə sağalacaq. “Real”ın “Lill”dən gənc futbolçu Leni Yoronu da heyətinə qatacağı gözlənilir. Bütün bunları nəzərə alaraq, Naço gələcəyinə şübhə edir.

34 yaşlı müdafiəçinin İspaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button