“Mançester Siti” fantastik komandadır, lakin…” – “Arsenal”ın futbolçusu

“Arsenal”ın vingeri Bukayo Saka Premyer Liqanın son turunda “Tottenhem”lə oyunda (3:2) qazanılan qələbəni şərh edib və “Mançester Siti” ilə çempionluq uğrunda mübarizədən danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “şəhərlilər”in fantastik komanda olduğunu bildirib:

“Biz bilirik ki, “Mançester Siti” fantastik komandadır, lakin onlar mükəmməl deyillər. Biz sadəcə öz işimizi görməliyik. Səhv etməyə haqqımız yoxdur. Keçənilki təcrübəni xatırlayırıq və son üç matça hazırıq”.

“Arsenal” İngiltərə Premyer Liqasının 35 turundan sonra 80 xal toplayıb və birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button