
“Mançester Siti” Argentina klubunun futbolçusu ilə maraqlanır
“Veles Sarsfild”in vingeri Maher Karrizo İngiltərə Premyer Liqasının top-klublarından birinə transfer oluna bilər.
Komanda.az “Sport Witness”-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Mançester Siti” maraqlanır.
Karrizonun Argentina klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir və sözləşməsində 16 milyon avro məbləğində transfer şərti mövcuddur.
“Mançester Siti” argentinalı futbolçunu transfer etsə, onu müvəqqəti olaraq “River Pleyt”ə icarəyə göndərməyi planlaşdırır.
Karrizo 2025-ci ildə bütün turnirlərdə 19 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



