Ramosa daha bir “elçi”

Mövsümün sonunda “Real”dan ayrılacağı gözlənilən Serxio Ramosa daha bir klub “elçi düşüb”.

Komanda.az xəbər verir ki, İngiltərə “Liverpul”u da ispan müdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, müdafiədə problemlər yaşayan “Liverpul”un Ramosu transfer etmək istədiyi bildirilib.

“Real”la mövsümün sonuna qədər müqaviləsi olan 34 yaşlı müdafiəçi ilə İngiltərədən “Tottenhem” və Fransadan PSJ klubu yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button