Norveç tarixində ilk dəfə DÇ-nin 1/8 finalında!

Futbol üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, 1/16 finalın növbəti oyununda Norveç və Kot d’İvuar yığmaları qarşılaşıb.

Dallas stadionunda keçirilən matçda avropalılar 2:1 hesablı qələbəyə seviniblər.

Norveç komandasında Antonio Nusa (39) və Erlinq Haland (86) fərqləniblər. Afrikalıların heyətində isə Amad Diallo (74) adını tabloya yazdırıb.

Tarixində ilk dəfə 1/8 finala yüksələn Norveçin rəqibi Braziliya seçməsi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button