
Mourinyonun “Real”da görmək istədiyi futbolçu
“Mançester Siti” ilə yollarını ayıran Bernardo Silva yay transfer dönəmində “Real”ının əsas hədəflərindən birinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun yeni baş məşqçisi Joze Mourinyo 31 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. O, hesab edir ki, Silva həm meydanda, həm də paltardəyişmə otağında komanda üçün vacib fiqur ola bilər.
Mourinyo xüsusilə, fərdi keyfiyyətləri yüksək olsa da, böyük eqoya malik olmayan futbolçularla işləməyə üstünlük verir. Onun fikrincə, “Mançester Siti”nin sabiq kapitanı bu tələblərə tam cavab verir.
Portuqaliyalı futbolçunun “Barselona” ilə ilkin razılıq əldə etdiyi barədə xəbərlər yayılmışdı. Onunla “Atletiko”nun da maraqlandığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



