“Real” Mourinyonun təyinatını açıqlamağa hazırlaşır

Hazırda “Benfika”nı çalışdıran Joze Mourinyonun “Real”a qayıdışı gündəmdədir.

Komanda.az “Cope”-yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin yenidən Madridə gəlişi artıq demək olar ki, həll olunmuş məsələdir.

“Real” mövsüm başa çatdıqdan dərhal sonra Mourinyonun təyinatını rəsmən açıqlayacaq. “Kral klubu”nun son oyunu mayın 24-də “Atletik”ə qarşı olacaq.

Madrid təmsilçisi artıq La Liqada çempionluq şansını itirib. Komanda dünən “Barselona”ya səfərdə 0:2 hesabı ilə məğlub olub və bu nəticə kataloniyalıların çempionluğunu vaxtından əvvəl təmin edib.

Mourinyo hazırkı baş məşqçi Alvaro Arbeloanı əvəz edəcək. Onun Madrid təmsilçisinə keçidi üçün təxminən 6 milyon avro kompensasiya ödəniləcək.

Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real”da baş məşqçi kimi çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button