
Mourinyo “Real”a qayıtmağa hazırdır
Hazırda Lissabon “Benfika”sının “sükanı arxasında” olan Joze Mourinyo yenidən “Real”ın baş məşqçi postuna əsas namizədlərdən biri olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı qarşıdakı yayda Madrid təmsilçisinə qayıtmağa hazırdır.
“Benfika” rəhbərliyi “Real”ın qərarını gözləyir və anlayır ki, Madrid klubundan rəsmi təklif gəlsə, Mourinyonu komandada saxlamaq mümkün olmayacaq.
Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “kral klubu”nu çalışdırıb. Onun klub prezidenti Florentino Pereslə münasibətlərinin hələ də yüksək səviyyədə olduğu bildirilir.
Hazırda “Real”ın baş məşqçi postunu Alvaro Arbeloa tutur. Ancaq mövsümün sonunda onunla əməkdaşlığın davam etdirilməsi ehtimalı aşağı qiymətləndirilir.
Bizi Facebook-da izləyin



