Mourinyo qərarını verib

“Benfika”nın baş məşqçisi Joze Mourinyo gələcək karyerası ilə bağlı qərarını verib.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Lissabon təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyəcək. O, seçimini “Real”ın xeyrinə edib.

Madrid təmsilçisi Mourinyonun geri dönüşünü böyük ehtimalla, mayın sonunda – La Liqanın son turundan sonra rəsmən açıqlayacaq.

63 yaşlı çalışdırıcı “Real”ı daha əvvəl 2010-2013-cü illərdə çalışdırıb. O, “Benfika”nın “sükanı arxasına” isə ötən ilin sentyabrında keçib.

Mourinyo “kral klubu”nda Alvaro Arbeloanı əvəz edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button