“Mourinyo ilə işləmək əla olardı” – Totti

“Roma”nın sabiq kapitanı Françesko Totti komandanın baş məşqçisi Joze Mourinyo haqda danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, İtaliya millisinin keçmiş futbolçusu “Roma”ya qayıtmaq istədiyini bildirib:

“Roma”ya müəyyən rolda qayıtmaq istərdim. Mourinyo ilə işləmək əla olardı – o bir nömrədir, ona çox hörmət edirəm. “Roma”da bilirlər ki, lazım gələrsə, kömək əlini uzatmağa şad olaram. Hər şey üçün darıxıram. Təlim-məşq toplanışı, paltardəyişmə otağı, forma, masaj otağı üçün. Dostlarla bar və kafe, stadiona avtobusla getmək. Mən onilliklər boyu həyatımı təyin edən rutin üçün darıxıram”.

Totti 1992-2017-ci illərdə “Roma”da çıxış edib, bundan sonra klubun direktoru vəzifəsinə təyin olunub. 2019-cu ilin iyununda isə o, “Roma”dan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button