“Marsel”dən əzmkar qələbə

Fransa Liqa 1-də 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Monako” doğma azarkeşləri qarşısında “Monpelye”ni qəbul edib və minimal hesabla qələbə qazanıb.

Şənbə günü beş qarşılaşma baş tutub. “Bordo” – “Dijon” və “Nant” – “Mets” görüşlərində qalib müəyyənləşməyib. Səfərdə “Amyen”lə qarşılaşan PSJ də 8 qolun qeydə alındığı bu matçdan heç-heçə ilə ayrılıb. “Nim” “Anje”ni məğlub yola salıb. “Tuluza” isə evdə “Nitsa”ya uduzub.

“Brest” “Sent-Etyen”i, “Reyms” “Renn”i minimal hesabla məğlub yola salıb. Lion “Olimpik”i “Strasburq”la ev oyunundan xal itkisi ilə ayrılıb.

Turun mərkəzi görüşündə isə “Lill” ilə Marsel “Olimpik”i üz-üzə gəlib. Hesabı meydan sahiblərinin açdığı oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

Fransa Liqa 1, 25-ci tur

14 fevral

Monako – Monpelye 1:0
Qol
: Slimani, 52.

15 fevral

Amyen – PSJ 4:4
Qol
: Jirassi, 5; 90+1. Kakuta, 29. Diabate, 40 – A.Herrera, 45. Kouassi, 60; 65. İkardi, 74.

Bordo – Dijon 2:2
Qol
: Huanq, 35. Briand, 64 – Şuyar, 16; 72.

Nant – Mets 0:0

Nim – Anje 1:0
Qol
: Kone, 80.

Tuluza – Nitsa 0:2
Qol
: Melu, 12. Herelle, 90+4.

16 fevral

Lion – Strasburq 1:1
Qol
: Traore, 21 – Zohi, 42.

Brest – Sent-Etyen 3:2
Qol
: Lasne, 20. Karbonye, 38. Kardona, 43 – Bouanqa, 54. Dioni, 69.

Reyms – Renn 1:0
Qol
: Ture, 72-pen.

Lill – Marsel 1:2
Qol
: Osimhen, 51 – Mandava, 66-öz qapısına. Benedetto, 69.

Bombardir: Vissam Ben Yedder (Monako) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button