“Modriç klubu tərk etmək istəmir” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçin qışda klubu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Komanda.az “90min”-ə istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis xorvat futbolçunun komandada olmasına çox şad olduğunu bildirib:

“Onun qış transfer pəncərəsində komandanı tərk etmək şansı yoxdur. O, klubu tərk etmək istəmir. Modriç özünü vacib oyunçu hesab edir və biz də belə düşünürük. Onun bizimlə olmasına çox şadıq”.

Sentyabrın 30-da 38 yaşlı oyunçunun “İnter Mayami”yə keçə biləcəyi xəbəri yayılmışdı.

Modriç 2012-ci ilin avqustundan “Real”da çıxış edir. O, 2023/24 mövsümündə komandanın heyətində 7 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button