MLS-də də oyunlar təxirə salındı – bir aylıq

Dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar daha bir futbol çempionatının dayandırılmasına qərar verilib.

Komanda.az xəbər verir ki, söhbət ABŞ və Kanada klublarının birgə mübarizə apardığı MLS-dən gedir.

Yarışın rəsmi saytının açıqladığı məlumata görə, yaranmış vəziyyətlə əlaqədar 30 gün müddətində heç bir oyun keçirilməyəcək. Amma MLS rəhbərliyi bu müddətin artırılmasını da istisna etmir. Növbəti qərar hadisələrin gedişatından asılı olacaq.

Qeyd edək ki, artıq Avropanın əksər aparıcı ölkələrində də futbol çempionatlarına məcburi fasilə verilib. Bunların arasında İtaliya, İspaniya, Niderland, Portuqaliya, Norveç, İsveçrə, Rumıniya, Macarıstan, Slovakiya, Danimarka, Gürcüstan və digər ölkələr də var. Cənubi Koreya, Yaponiya, İran, Meksika, Kolumbiya və daha bir neçə ölkə də oxşar qərarlar qəbul edib.