“Militao dünyanın ən yaxşı futbolçularından biridir” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın müdafiəçisi Eder Militaonun çıxışını yüksək qiymətləndirib.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis braziliyalının dünyanın ən yaxşı futbolçularından biri olduğunu söyləyib:

“Eder Militao dünyanın ən yaxşı futbolçularından biridir. Təbii ki, onun formasını bərpa etməsi üçün vaxt lazımdır”.

Militao ötən il avqustun 12-dən zədəli idi. O, ötən mövsüm 51 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “kral klubu” ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir.

“Real” La Liqada 30 turdan sonra 75 xalla 1-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button