“Milan”ın yetirməsi “Cenoa”da

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi italiyalı qapıçı Lorenso Andrenaççini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

“Cenoa” bu transferə görə xərcə düşməyib. Buna qapıçının azad agent statusu daşıması şərait yaradıb.

Lorenso Andrenaççi “Milan”ın yetirməsidir. Lakin o, peşəkar karyerasına 2014-cü ildə transfer olunduğu “Breşiya”da başlayıb. Bu klubda olarkən o, “Komo” və “Fano” komandalarında icarədə də oynayıb.