Milan”dan Jiru ilə yeni müqavilə – Rəsmi

“Milan” hücumçusu Olivye Jiru ilə müqaviləni yeniləyib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı fransalı forvardla yeni müqavilənin müddəti 2024-cü ilin yayına kimi hesablanıb.

Jiru 2021-ci ilin iyulundan “Milan”da çıxış edir. O, bu mövsüm 38 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button