
“İnter” qapıçısı ilə vidalaşdı – Rəsmi
“İnter” qapıçısı Yann Sommerlə yollarını ayırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi 37 yaşlı qolkiperin müddəti başa çatan müqaviləsinin yenilənmədiyini və komandanı tərk etdiyini rəsmən açıqlayıb.
İsveçrəli futbolçu 2023-cü ilin avqustundan “İnter”in formasını geyinirdi. O, bu müddətdə Milan klubunun heyətində ümumilikdə 139 oyuna çıxıb.
Sommer “İnter”lə birlikdə dörd titul qazanıb. Bunlar iki dəfə A Seriyası çempionluğu, bir dəfə İtaliya kuboku və bir dəfə də ölkə superkubokudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



