“Yuventus”un 2 futbolçusu “Milan”ın hədəfində

“Milan” “Yuventus”un iki futbolçusunu transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Turin təmsilçisindən Daniele Ruqani və Merih Demiralı heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus” həm Merihi, həm də Ruqanini ən azı 40 milyon avroya satmağı düşünür. “Milan”ın qış fasiləsində hər iki müdafiəçi üçün turinlilərlə danışıqlar aparacağı bildirilir.

Merih və Ruqani bu mövsüm “Yuventus”la bir oyunda iştirak edib.