“Milan” Ximenesi gətirdi, Kalabriyanı icarəyə verdi

Niderlandın “Feyenoord” klubunun və Meksika millisinin hücumçusu Santyaqo Ximenez “Milan”a transfer olunub.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı forvard yeni klubu ilə 2029-cu ilə qədər müqavilə bağlayıb. O, “Milan”da 7 nömrəli forma altında çıxış edəcək.

Ximenez cari mövsümdə “Feyenoord”un heyətində 19 oyunda 16 qol vurub. Futbolçu Meksika yığmasında 32 qarşılaşmada 4 dəfə fərqlənib.

“Milan”ın müdafiəçisi Davide Kalabriya isə “Bolonya”da çıxış edəcək. 28 yaşlı oyunçu cari mövsümün sonuna qədər icarə əsasında “qırmızı-göylər”in şərəfini qoruyacaq.

Kalabriya 2015-ci ildən “Milan”ın formasını geyinir və bu müddət ərzində 272 oyuna çıxıb, 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button