“Milan” türkiyəli futbolçunu saxlayacaq

İtaliyanın “Milan” klubu futbolçusu Hakan Çalhanoğlu ilə müqavilənin müddətini uzatmaq istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşıb. 26 yaşlı futbolçuyla imzalanacaq yeni müqavilənin müddəti məlum deyil.

Çalhanoğlu yeni müqaviləyə imza atsa, “qırmızı-qaralar”da illik 5 milyon avro qazanacaq.

2017-ci ildən “Milan”da çıxış edən futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button