“Milan” Donnarummanın ayrılığını təsdiqlədi

İtaliyanın “Milan” klubunun qapıçısı Canluici Donnarumma bu komandadan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun idman direktoru Paolo Maldini yerli mətbuata açıqlamasında məlumat verib.

O, 22 yaşlı qolkiperin müqavilə müddətinin başa çatdığını və klubdan ayrıldığını bildirib. Futbolçu özü bu komandada qalmaq istəməyib.

Qeyd edək ki, Donnarumma 2020/21 mövsümündə “Milan”ın heyətində 48 matçda meydana çıxıb. Bu klubun öz yetirməsi olan futbolçu, “Milan”da bütövlükdə 251 matç keçirib. O, İtaliya yığmasında da 25 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button