“Milan” bunu bacardı – 1959-cu ildən bəri ilk dəfə

“Milan” İtaliya A Seriyasının 5-ci turu çərçivəsində “Roma” ilə 3:3 hesablı bərabərliyə razılaşıb.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” bütün turnirlər nəzərə alınmaqla, ardıcıl 11 oyundur ki, iki və daha çox qol vurur. Bu, komandanın 1959-cu ildən bəri ən yaxşı nəticəsidir.

Beş oyundan sonra 13 xal toplayan “Milan” turnir cədvəlinə liderlik edir.