ÇL: “Daha yaxşı görünən tərəf biz idik”

“Portu”nun baş məşqçisi Serjio Konseysao UEFA Çempionlar Liqasının 1/8 finalının “İnter”lə cavab matçını (0:0) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki qarşılaşmada əla çıxış etdiklərini deyib:

“Hər iki matçda əla oynadıq. Meydanda daha yaxşı görünən tərəf biz idik. Ən vacib məqamı – qol vurmağı bacarmadıq. Oyunçularımın haqqını vermək lazımdır: onlar əla oyun keçirdilər.

“İnter” ilk oyunda cəmi 10 dəqiqə bizdən üstün oldu. O da Otavio Monteyronun (“Portu”nun futbolçusu) qırmızı vərəqə görməsindən sonra reallaşdı”.

İki oyunun nəticəsinə əsasən, “Portu” Milan klubuna 0:1 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button