Messi seçim edir: “Barselona”dan ayrılsa…
“Barselona”nın kapitanı Lionel Messinin Kataloniya klubundan ayrılmaq üçün rəhbərliyə müraciət etdiyini xəbər vermişdik.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Messi karyerasını İngiltərədə davam etdirə bilər. Məlumata görə, argentinalı futbolçunun növbəti ünvanı “Mançester Siti” ola bilər. Komandanın baş məşqçisi Pep Qvardiolanın Messi ilə telefonla danışdığı və mümkün keçidi müzakirə etdikləri bildirilib. Messinin “Mançester Siti”yə transfer ehtimalı yüksək dəyərləndirilir.
Messi sonuncu dəfə “Barselona” ilə 2017-ci ildə müqaviləni yeniləyib. Onun Kataloniya klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Lakin müqaviləyə əsasən, futbolçunun bir il öncədən azad agent statusu ilə ayrılmaq hüququ var. Belə olan halda, onun keçəcəyi klubun “Barselona”ya 700 milyon avro təzminat ödəməsinə ehtiyac qalmayacaq.
Bizi Facebook-da izləyin