Messinin jurnalistlərin qarşısına çıxmamasının səbəbi bilindi

“Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasının “Liverpul”la cavab oyunundan (0:4) sonra dopinq-testə çağırılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb. İki saata yaxın dopinq-test otağında qalan Messi, bu səbəbdən oyundan sonra jurnalistlərin suallarını cavablandıra bilməyib.

İlk oyunda 3:0 hesablı qələbə qazanmasına baxmayaraq, cavab matçında 4 cavabsız qolla məğlub olan “Barselona”, Çempionlar Liqasında mübarizəni yarımfinalda dayandırıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button