
Mbappe xəstəxanaya yerləşdirildi
“Real”ın fransalı hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuya kəskin qastroenterit diaqnozu qoyulduğu bildirilir. Hazırda ABŞ-da olan Madrid təmsilçisi Klublararası dünya çempionatında iştirak edir. Mbappe ilk turda, Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına qarşı keçirilən matçda (1:1) soyuqdəymə səbəbindən meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



