Levandovski: “Mbappe nə istədiyini bilən çox ağıllı oyuncudur”

“Barselona”nın hücumçusu Robert Levandovski PSJ-nin forvardı Kilian Mbappenin çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, fransalı futbolçunun fərqli oyun nümayiş etdirdiyini söyləyib:

“Mbappe digər oyunçularla müqayisədə fərqli oyun nümayiş etdirir. O, göstərir ki, təkcə meydanda baş verənlər deyil, həm də, sizin başınızdakılar önəmlidir. Mbappe nə istədiyini bilən çox ağıllı oyuncudur. O, təkcə futbolçu kimi deyil, insan kimi də ağıllıdır. Onunla çox şey müzakirə edə bilərsiz. Mbappe ilə danışandan sonra onun ciddi oğlan olduğunu başa düşürsən”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button