“Mbappe ilə əla münasibətim var” – Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino komandanın hücumçusu Kilian Mbappe ilə münasibətindən danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Mbappe ilə əla münasibətinin olduğunu bildirib:

“Kilianla, eləcə də komandadakı bütün oyunçularla əla münasibətim var. Bu cür əlaqələr zamanla inkişaf edib.

Mbappe bu mövsüm çox yetkinləşdi, inkişaf etdi. O, daha yaxşı olmaq istədiyini söyləyir”.

Mbappenin adı Madrid “Real”ı ilə hallanır. Fransalı hücumçunun bu yay İspaniya klubuna keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button