Fransalı hücumçu 3 top-klubun hədəfindədir

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta karyerasını Avropanın daha iddialı klubunda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı forvardla “Atletiko”, “Yuventus” və “Mançester Yunayted” yaxından maraqlanır.

“Kristal Pelas” Matetanı satmağa hazırdır və onun transfer dəyərini 29,5 milyon avro olaraq müəyyənləşdirib. Danışıqların yaxın həftələrdə daha da intensivləşəcəyi gözlənilir.

Fransalı futbolçu 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 50 oyunda meydana çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button