“Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik. İlk 10 dəqiqəni yaxşı keçirdik. Sonra boşluqlar verməyə başladıq, amma rəqib istifadə edə bilmədi. Fasilədə müəyyən tapşırıqlarımızı qeyd etdik, oyunçular boşluqları aradan qaldırdı. Rəqib turnir cədvəlində yaxın idi. Ona görə vacib qarşılaşma hesab olunurdu. Onların da təhlükəli epizopdları bundan qaynaqlanırdı. Fəhmin hücum etməyi xoşlayır. Jarjue də hücuma çox aludə olurdu. Nəticədə həmin cinahda boşluqlar yaranırdı. Onlara diqqətli olmağı tapşırdıq.

Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz. Şəhriyar Rəhimovla Təmkin Xəlilzadə ilk dəqiqələrdən baş-başa gəldi. Belə məqamda diqqətli olmaq lazımdı. İradlarımızı futbolçulara bildirdik. Mentalitetimiz buna imkan vermir.

Hücumda Okenin aktiv olmasını istədik. Bundan sonra dəyişiklik yarandı. Birinci hissədə də yaxşı məqamlar oldu. İrriberi hələ tam hazır deyil. Uyğunlaşma prosesi gedir. Ruslan Qurbanov isə zədəlidi. Oke daha hazır olduğuna görə hücumda yer aldı. Bizim üçün hər oyun çətin olur. Premyer Liqa mənim üçün də yeni həyəcan, fərqli təcrübədi. Futbolçu kimi yaşasam da, baş məşqçi kimi ilk ilimdi. Sonrakı turlarda necə olacaq, bilmirik. Zaman göstərəcək. Son 3 turda 2 qələbəmiz var. Davamını gətirmək istəyirik. Birinci hissədə futboçularda həyəcan var idi. Sonra axını dəyişə bildik. Komandamdan razı qaldım. Amma bəzi diqqətsizlik olur ki, bu, narahat edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button