“Maşına toxunma, mən onsuz da səni görürəm!”

“Barselona” klubunun müdafiəçisi Samuel Umtiti xoşagəlməz hərəkətlə yadda qalıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 29 yaşlı fransalı futbolçu məşqdən çıxarkən azarkeş kütləsi ilə üz-üzə gəlib. Umtiti “Ferrari” markalı avtomobilinin pəncərəsindən avtoqraf verib. Həmin vaxt azyaşlı uşaqlardan biri maşının pəncərəsinə vuraraq futbolçunun diqqətini cəlb etməyə çalışıb. Bu, Umtitinin qəzəblənməsinə səbəb olub. O, uşağa avtomobilə toxunmamalı olduğunu söyləyib: “Maşına toxunma, mən onsuz da səni görürəm!”

Bu hadisədən sonra futbolçu ordan uzaqlaşıb və həmin uşağa avtoqraf verməyib.

Umtiti cari mövsümdə “Barselona”nın heyətində cəmi bir oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button