“Narahat olmağa dəyməz” – “İnter”in hücumçusu

“İnter”in hücumçusu Lautaro Martines Milan klubu ilə müqavilənin mümkün uzadılması haqda danışıb.

Komanda.az xəbər verir ki, argentinalı forvard bu haqda danışıqların getdiyini bildirib:

“Yeni müqavilə üzərində işləyirik və bilirəm ki, düzgün yoldayıq. “İnter”də oynadığım üçün çox şadam, ona görə də, narahat olmağa dəyməz”.

Martines 2018-ci ildən “İnter”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button