
Kassano “İnter”in hücumçusunu təriflədi
İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano “İnter”in forvardı Lautaro Martinesin qayıdışından təsirlənib. Futbolçu zədədən sağalıb və “Roma” ilə matçda (5:2) meydana çıxaraq, iki qol vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kassano, argentinalı oyunçunun A Seriyasında ən yaxşı olduğunu düşünür:
“Martines təkcə “İnter”in ən güclü oyunçusu deyil, həm də A Seriyasının ən yaxşısıdır. Bununla yalnız klounlar mübahisə edə bilər. Əslində, o, dünyanın ən yaxşı mərkəz hücumçularından biridir”.
Martines 2018-ci ildən bəri “İnter”də oynayır. O, İtaliya klubu ilə iki dəfə A Seriyası titulunu qazanıb və iki dəfə UEFA Çempionlar Liqasının finalında – 2023 və 2025-ci illərdə oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



