Ronaldo: “İnsanların nə düşündüyü mənim üçün önəmli deyil”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Portuqaliya yığmasındakı karyerasını hələ bitirmək istəmir.

Komanda.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu “Sky Sports”a açıqlamasında deyib:

“Millidən getmək? Nə üçün? Düşünürəm ki, hələ vaxtı deyil. İnsanların nə düşündüyü mənim üçün önəmli deyil. Hələ gücüm var, qollar vura bilirəm”.

Ronaldo Portuqaliya millisində 182 oyunda 115 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button