“Mançester Yunayted”in futbolçusu rəsmən Bundesliqa klubunda

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Timoti Fosu-Mensanı transfer edib.

Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. Niderlandlı futbolçu yeni klubu ilə 3.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2014-cü ildən “Mançester Yunayted”in formasını geyinən Timoti Fosu-Mensa bu mövsüm “qırmızı şeytanlar”ın heyətində cəmi 1 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button