
“Sabah” bu gün Macarıstan komandası ilə qarşılaşacaq
“Sabah” Avstriya təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, “bayquşlar” Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.
Azərbaycan çempionu toplanış çərçivəsində ilk yoxlama görüşünü Rumıniyanın “Universitatya Kluj” klubuna qarşı keçirib və 1:1 bərabərə qalıb.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda iyulun 1-də Ukraynanın “Polessye” klubu ilə qarşılaşacaq.
Yoxlama oyunu
19:00 Sabah – Ferentsvaroş (Macarıstan)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



