
“Mançester Yunayted” iki tanınmış məşqçinin namizədliyini gözdən keçirir
“Mançester Yunayted” Ruben Amorimlə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışına çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın qısa siyahısına Karlo Ançelotti və Maurisio Poçettino daxil edilib.
Klub hər iki mütəxəssisin namizədliyini 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra nəzərdən keçirəcək. Hazırda Ançelotti Braziliya millisini, Poçettino isə ABŞ yığmasını çalışdırır. Hər iki milli komanda DÇ-2026-da iştirak edəcək.
Ançelotti 2025-ci ildə “Real”dan ayrıldıqdan sonra bir açıqlamasında karyerasını bitirmədən əvvəl “Mançester Yunayted”i çalışdırmaq arzusunda olduğunu bildirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



