Sulşer: “Buna görə də, inamlı qələbə qazanmağa çalışacağıq”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Başakşəhər” klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis, qələbə qazanmaq istədiklərini deyib:

“Başakşəhər” Türkiyə çempionudur, oyun çətin olacaq. İlk oyundakı məğlubiyyətimiz gözlənilən idi, daha diqqətli oynamalı idik. Buraxdığımız qollar öz səhvlərimizdən idi. Daha səbrli olub, hər mövqedə intizamlı olmalıyıq.

Qrupdan çıxmaq üçün ən azı 10, ya da 12 xal lazımdır. Buna görə də, inamlı qələbə qazanmağa çalışacağıq”.

Bu gün keçiriləcək “Mançester Yunayted” – “Başakşəhər” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button