“Mançester Yunayted”dən 90 milyon avroluq transfer

“Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “tvitter” hesabında məlumat yayıb.

İngiltərə klubu “Ayaks”ın hücumçusu Antonini heyətinə cəlb edib. “Qırmızı şeytanlar” 22 yaşlı futbolçu üçün 90 milyon avro ödəyəcək. Artıq onunla 5 illik müqavilə imzalanıb.

22 yaşlı Antoni “Ayaks”a 2020-ci ildə Braziliyanın “San Paulo” klubundan keçib. O, bu mövsüm bütün turnirlərdə üç matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button