Mövsümün ən yaxşı “qırmızı şeytan”ı bilindi

“Mançester Yunayted”də 2018/19 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın heyətində cari mövsümün ən yaxşı oyunçusu Luk Şou seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi, “Mançester Yunayted”lə bu mövsüm 40 qarşılaşmada iştirak edərək, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Mançester Yunayted”in heyətində bu mövsümün ən yaxşı ikinci oyunçusu Viktor Lindelöf, 3-cü isə Pol Poqba seçilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button