MY nümayəndələri “Barselona”nın keçmiş baş məşqçisi ilə görüşdü

“Mançester Yunayted” klubunda baş məşqçi postuna axtarışlar davam edir.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” bu posta müvəqqəti olaraq Ernesto Valverdeni gətirmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Yunayted” rəhbərliyi ispan mütəxəssislə görüşüb. “Qırmızı şeytanlar”ın “sükan”ı mövsümün sonuna qədər Valverdeyə tapşırıla bilər.

Son olaraq “Barselona”nı çalışdıran Valverde 2020-ci ilin yanvarından işsizdir.