“Mançester Siti”nin titul qazanacağına şübhə etməyə başlayıram” – Keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Tottenhem”lə Premyer Liqanın 14-cü tur matçından (3:3) sonra “Mançester Siti”nin bu mövsüm çempion olmayacağını deyib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 52 yaşlı veteran futbolçu Mançester klubuna mərc oynamağı tövsiyə etmədiyini bildirib:

“Mən “Mançester Siti”yə mərc etməyi tövsiyə etmirəm. “Şəhərlilər”in titul qazanacağına şübhə etməyə başlayıram”.

“Mançester Siti” (30 xal) turun sonunda Premyer Liqada üçüncü pilləyə enib. “Tottenhem” (27 xal) turnir cədvəlində beşinci pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button