“Mançester Siti”, “Liverpul” kimi komandaları məğlub etmək istəyirik” – Varan

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan “Mançester Siti” ilə keçiriləcək oyundan gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu rəqabətin azarkeşlərdən asılı olduğunu deyib:

“Rəqabət azarkeşlərdən asılıdır, bu, onlar üçün vacibdir və biz buna hörmət edirik. Biz onları sevindirmək istəyirik. Ona görə də, “Mançester Siti”, “Liverpul” kimi komandalarla mübarizə aparmaq və onları məğlub etmək istəyirik”.

Premyer Liqada “Mançester Siti” ilə “Mançester Yunayted” arasında 9-cu turun oyunu oktyabrın 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button