“Mançester Siti” milli üzvü ilə yeni müqavilə imzaladı

“Mançester Siti” futbolçusu Aleksandr Zinçenkonun müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan yeni müqavilə imzalanıb.

2013-cü ildən “Mançester Siti”də forma geyinən Zinçenkonun əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.

Ukrayna millisində də çıxış edən Zinçenko, son mövsümdə İngiltərə Premyer Liqasında 14 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button