Mançester klublarını qarşı-qarşıya gətirir – “Napoli”nin müdafiəçisi

“Mançester Siti” “Napoli”nin müdafiəçisi Kim Min Jaenin transferi uğrunda “Mançester Yunayted”lə mübarizə apara bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, hər iki klub futbolçu üçün 60 milyon avro təklif etməyə hazırdır.

MS yayda komandadan ayrılacaq Emerik Laportun yerinə cənubi koreyalı müdafiəçini transfer etməyi düşünür.

26 yaşlı futbolçu 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Kim Min bu mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button